Cəbhə xəttində gərginlik artıb

Cəbhə xəttində gərginlik artıb
29 Dekabr 2016
Mətni dəyiş
Ermənistanın müdafiə nazirliyi 3 hərbçisinin öldüyünü bildirir.
Məlumatda onların baş leytenant Şavarş Melikyan və sıravi əsgərlər Edqar Narayan və Erik Abovyan olduqları bildirilir.
Erməni tərəfinin məlumatına görə, Azərbaycanın diversiya qrupu itki verərək geri oturdulub.
***
Ermənistanın Müdafiə Nazirliyi cümə axşamı Azərbaycan tərəfinin "diversiya cəhdi" barədə məlumat yayıb.
Məlumatda iddia olunur ki, dekabrın 29-da səhər Azərbaycan əsgərləri Ermənistanın Tavuş rayonu Çinari kəndi ərazisinə keçməyə cəhd ediblər, Ermənistan ordusunun əsgərləri onlarla döyüşə girib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözmüsü Artsrun Ovannisyan məlumat yayıb.
Onun bildirdiyinə görə, snayperlərin və qumbaraatanların istifadəsi ilə döyüş davam etməkdədir.
Ovvanisyanın yazdığına görə, "Ermənistan silahlı qüvvələri vəziyyətə nəzarət edir".
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna məlumatdan xəbərdar olduqlarını, amma rəsmi məlumat olmayınca heç nə deyə bilməyəcəklərini bildirdilər.
İTKİLƏR VAR
"Çinari kəndi yaxınlığında döyüş davam edir, hər iki tərəfdən ölən və yaralanan var".
Bunu isə AzadlıqRadiosunun Ermənistan xidmətinə açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gevorq Altunyan deyib.
Ermənistan tərəfi tezliklə bununla bağlı rəsmi məlimat yayacağını deyir.
O deyib ki, "hələ ki məlumat dəqiqləşdirilir, amma güman ki, Ermənistan tərəfdən itkilərin olması məlumat təsdiqini tapacaq".
Altunyan iddia edir ki, "əlbəttə ki, Azərbaycan tərəfindən ölən və yaralanan var."
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun