Büdcədə 1 milyard manat kəsir yaranıb

Büdcədə 1 milyard manat kəsir yaranıb
14 Dekabr 2016
Mətni dəyiş
Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 12 milyard 965.5 milyon manat vəsait daxil olub.
Büdcədən 13 milyard 927.4 milyon manat vəsait isə xərclənib. Nəticədə büdcənin icrasında 961.9 milyon manat kəsir yaranıb. Bu da ümumi daxili məhsulun (ÜDM) 1.8 faizi səviyyəsindədir.
2016-cı ildə dövlət büdcəsi iki dəfə qəbul edilib. 2016-cı ilin əvvəlki büdcəsində gəlirlər 14.5 milyard, xərclər isə 16.2 milyard olmuşdu. O zaman neftin bir barreli 50 dollara götürülmüşdü.
Sonradan büdcəyə yenidən baxıldı. İkinci dəfə büdcənin gəlirləri 16, xərcləri isə 18 milyard manatdan bir qədər çox götürüldü. Neftin bir barreli isə dəyişiklikdən sonra 25 dollara endirildi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun