Beynəlxalq Bankın problemli aktivlərinin satışına başlanılıb

Beynəlxalq Bankın problemli aktivlərinin satışına başlanılıb
1 Dekabr 2016
Mətni dəyiş
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına idarəetməyə verdiyi problemli aktivlərin satışına başlanıb.
“Report” yazır ki, hələlik satışa 3 müəssisə çıxarılıb. Bu, Tbilisi şəhərinin (Gürcüstan) Samqori rayonunda yerləşən beton, Azərbaycanın Şəki rayonunun Qarasu kəndində yerləşən ət və süd məhsulları və Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisələridir:
“Obyektlərin ilkin satış qiyməti açıqlanmayıb. Yalnız o məlumdur ki, hər 3 müəssisə hərrac yolu ilə satılacaq”.
“Aqrarkredit” aktivlərin idarə olunmasında əməkdaşlıq edəcəyi hərrac təşkilatlarının adlarını da açıqlayıb. Bu, “Daşınar və daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi” MMC, Respublika Xammal və Əmtəə Birjası – “Külək” MMC və “Hidayətoğlu Şirkətlər Qrupu” MMC-dir.
Nazirlər Kabineti Beynəlxalq Bankın problemli aktivlərinin satışı üçün 2016-cı il iyulun 22-də Müsabiqə Komissiyası yaradıb. Bir qədər əvvəl komissiya aktivlərin qiymətləndirilməsi üçün əməkdaşlıq ediləcək şirkətləri də açıqlayıb.
Bu, “PwC Azerbaijan”, “Deloitte Azerbaijan”, “Ernst&Young Azerbaijan”, “RSM Azerbaijan”, “BDO Azerbaijan” kimi tanınmış audit şirkətləri, eləcə də “Nexia EA”, “Coneco Group”, “Real Price” və “VETO Consulting” MMC-lərdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun