7 Dekabr 2016
Mətni dəyiş
“Sabah da müxalifət götürüb yazacaq ki, “Qaçqınkomda” yeyinti var”.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Çingiz Qənizadə və Hikmət Babaoğlunun Azərbaycanda qaçqın və məcburi köçkünlərin statusunun ləğvi barədə təkliflərinə sərt reaksiya verib.
Əli Həsənov bildirib ki, dünən mətbuatda deputat Çingiz Qənizadənin və Hikmət Babaoğlunun qaçıqnaların statusi ilə bağlı fikirləri ilə tanış olub və bu, onda narazılıq yaradıb:
“Deputatların qaçqın və məcbur köçkünklərin statusları ilə bağlı açıqlamaları həqiqətən də ciddi narazılıq yaradıb. Kimsə qaçqın və məcburi köçkünlər danışırsa, indiki mövcud vəziyyəti bilib danışmalıdır. Ən azı heç olmasa bu işi bilənlərə suallarla müraciət etməlidir. Son vaxtlar qaçqın və məcburi köçkünlərə qarşı hücumlar artıb. Bunun səbəbi nədir? Mənə də aydın deyil. Bu insanlar ölkənin ən həssas təbəqəsidir. Amma yenə də ölkə başçısı əhalinin bu təbəqəsində xüsusi diqqət yetirir. Ona görə də qaçqın və məcburi köçkünlərin problemlərinə toxunarkən hamı diqqətli olmalıdır.
Ümumiyyətlə status siyasi və hüquqi məsələdir. Bu, beynəlxalq idarəçilk sənədidir. Onu biz milli qanunvericiliyimizə uyğun qəbul edərək, özümüzünkünə çeviririk. Qaçqın və məcburi köçkünlərə isə güzəşt dövlətin milli və daxili məsələdir. Burda kimsə deyə bilər ki qaçqın və məcburi köçkünlərə güzəştlər statustdan doğur. Xeyr, bu statusdan irəli gəlməyə də bilər. Dövlətin öz işidir. Ona görə də bunları qarışdırmaq lazım deyil. Biz hər gün necə Ermənistan mətbuatını izləyiriksə ermənilər də bizimkini izləyir.
Mən əminəm ki, növbəti beynəlxalq tədbirlərdə onlar deyəcəklər ki Azərbaycan tərəfi qaçqınların status məsələsinə baxmaq istəyir. Ona görə də belə həssas məsələlərdə diqqətli olaq. Axı bilməyib soruşmaq eyib deyil? Biz bu gün 1 milyon 200 mindən çox artıq qaçqını niyə narahat etməliyik? Onlar onsuz da narahat və hər bir şeylərini itirmiş insandırlar. Bəlkə səsim uca çıxır, amma mən qışqırmaq istəmirəm. Sadəcə olaraq emosional insanam. Belə həssas məsələlərlə bağlı sakit danışa bilmirəm.
Deputatların mediada açıqlaması ciddi narazıçılıq yaradıb. Problemi bilmədən, araşdırmadan mövqe bildirmək düz deyil. Baxmayaraq bu kateqoriya insanlar ölkənin ən zərif və həssas təbəqəsidir. Ölkə başçısı da bu təbəqəyə çox həssaslıqla yanaşır”.
Deputat Çingiz Qənizadənin “Dövlətqaçqınkomda”kı yeyintilərlə bağlı açıqlamasına gəldikdə komitə sədri deyib ki, hər kəs öz adından danışmalıdır.
“Yemək, qaz, elektrik enerjisi ilə qaçqınlara verilən vəsaitlərlə bağlı fərqin olmasını dilə gətirib: “Təbii ki, bu fərq olacaq. Çünki qaçqının bir hissəsi bulaq suyundan və kanal suyundan istifadə edir. Niyə də bu fərq olmasın? Bir qisim qaçqınlar isə qazla təmin olunmayıb. Təbii ki, fərq olacaq. Sabah da müxalifət götürüb yazacaq ki, “Qaçqınkomda” yeyinti var””.
Əli Həsənov deyib ki, qaçqın və məcburi köçkünlərlə bağlı bu yaxınlarda qəarar olacaq.
“Bunu siz də görəcəksiniz. Ancaq bunun maliyyə çətinliyi ilə heç bir əlaqəsi yoxdur”.
Əli Həsənov deyib ki, qaçqın və məcburi köçkünlər müstəqil həyat tərzinə uyğunlaşdırılmalıdır:
“Məqsəd qaçqınları müstəqil həyat tərzinə uyğunlaşdırmaqdır. O insanlara sərf olunan bir neçə milyonu dövlət istənilən yerdən tapıb çıxara bilər. Sabah torpaqlar azad olunandan sonra onlar qayıdıb öz torpaqlarında adaptasiya dövrünü keçməlidirlər”.