Azərbaycanın spirtli və spirtsiz içki ixracı 32% azalıb

Azərbaycanın spirtli və spirtsiz içki ixracı 32% azalıb
22 Dekabr 2016
Mətni dəyiş
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.
Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, 2016-cı ilin ilk 11 ayında 16 748,16 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 7 946,2 min dollar yaxud 32,18% azdır.
Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,2%-ni təşkil edib.
Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 54 401,49 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 4 328,28 min dollar və ya 7,37% azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,71% təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun