Azərbaycanda 1 milyard 527 milyon manat vergi borcu var

Azərbaycanda 1 milyard 527 milyon manat vergi borcu var
20 Dekabr 2016
Mətni dəyiş
“Dövlət sektorunda olan “Azərsu”yun 20.8 milyon manat faiz borcu, 2.2 milyon manat isə maliyyə sanksiyası onun şəxsi vərəqində mövcuddur”.
Bunu Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin Natiq Şirinov deyib. O, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı söyləyib ki, digərləri sırf dövlət mülkiyyətində olan ayrı-ayrı qruplardır. Natiq Şirinov bildirib ki, maliyyə sanksiyalarının əsas vergi məbləğinin və ona adekvat olaraq faizlərin hərəkəti çox dinamikdir.
“Statik olaraq eyni qrup vergi ödəyicilərində vergi borcları qalmır. Dövlət borclarını istisna etmək şərti ilə. Maliyyə sanksiyasının təxmini rəqəmləri 240-250 milyon manat civarındadır”.
Nazirlik rəsmisi ümumi vergi borclarından da danışıb: “1 dekabr üçün 1 milyard 527 milyon manat təşkil edir. Bunun 904.3 milyonu əsas vergi borcudur. 237.1 milyon manatı maliyyə sanksiyasıdır. 386.4 milyon manatı isə faiz borcudur”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun