26 Dekabr 2016
Mətni dəyiş
Azərbaycan uzaq məsafəli Barak-8 RƏM raket sistemini (“torpaq-hava”) uğurla sınaqdan keçirib.
Bu barədə Jewishpress.com saytı İsrailin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Azərbaycan İsrailə uzaq məsafəli operativ raket sisteminin yerüstü versiyasını sifariş edib. Sifarişə ümumilikdə 12 raketburaxma qurğusu və 75 raket daxilir. Sistem dərə-təpə ərazidə MAZ 6x6 yük avtomobilinin şassisinə birləşdirilib.
Contact.az-ın məlumatına görə, "Barak 8 Israel Aerospace Industries" (IAI), ELTA Systems, Rafal və digər şirkətlər tərəfindən işlənib hazırlanıb.
"Barak 8" raket əleyhinə müdafiə sistemi hava təhlükələrindən, o cümlədən təyyarələrdən, helikopterlərdən, qanadlı raketlərdən və pilotsuz uçan aparatlardan müdafiə üçün nəzərdə tutulub. Raketlər 70-90 kilometrədək məsafədən təyyarələri vurmaq iqtidarındadır.