Avropa Məhkəməsi İlkin Rüstəmzadənin işi üzrə kommunikasiyaya başlayıb

Avropa Məhkəməsi İlkin Rüstəmzadənin işi üzrə kommunikasiyaya başlayıb
26 Dekabr 2016
Mətni dəyiş
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) N!DA Vətənda Hərəkatının üzvü İlkin Rüstəmzadə barədə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı iş üzrə kommunikasiyaya başlayıb. Bunu "Abzas"a vəkil Nemət Kərimli deyib. 
Nemət Kərimlinin sözlərinə görə, məhkəmə Azərbaycan hökümətinə sorğuları cavablandırması üçün aprel ayına qədər vaxt verib.
İlkin Rüstəmzadənin Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək sənədlər və vəkilə gələn məktublar "Azərpoçt"da müəmmalı şəkildə itmiş, Avropa Məhkəməsi də məktublara cavab gəlmədiyi üçün işi bağlamışdı.
2013-cü ildə "Əsgər ölümlərinə son" mitinqlərinin təşkilatçılarından biri olan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı ilə iki aylıq həbs qətimkan tədbiri ilə həbs edilib. Prokurorluq ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.  6 may 2014-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən "vicdan məhbusu" kimi tanınır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun