9 Dekabr 2016
Mətni dəyiş
“Məhkəmənin Bayram Məmmədovu 10 il azadlıqdan məhrum etməsinə dair qərarı bizi narahat edir”.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinin NİDA Vətəndaş Hərəkatının fəalı Bayram Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 azadlıqdan məhrum edilməsi ilə bağlı sualına cavabında bildirib.
“Amerika Birləşmiş Ştatları və Azərbaycan demokratiya və insan hüquqları sahəsində uzun müddətdır ki, birgə çalışır. Bu, bizim münasibətimizin 3 əsas tərəfindən biridir.
Vaşınqton Azərbaycanı dəfələrlə əsas azadlıqlardan yararlandıqlarına görə həbs olunan bütün şəxsləri azad etməyə çağırıb”, deyə səfirliyin cavabında deyilir.
NİDA Vətəndaş Hərəkatının fəalları Qiyas İbrahimov və Bayram Məmmədov keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.