10 Dekabr 2016
Mətni dəyiş
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi N!DA Vətəndaş Hərəkatının fəalları Bayram Məmmədov və Qiyas İbrahimovun həbsi ilə bağlı bəyanatla çıxış edib.
Bəyanatda deyilir:
“Amerika Birləşmiş Ştatları Azərbaycan məhkəmələrinin geniş şəkildə siyasi motiv hesab olunan narkotik maddələrin saxlanılmasında ittiham olunmuş N!DA hərəkatının fəalları Bayram Məmmədov və Qiyas İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsindən narahatdır.
Biz, həmçinin, onların saxlanılan müddətdə pis rəftar olunmaları iddialarından narahatıq. Biz Azərbaycan hökumətini fundamental azadlıqlardan yararlandıqlarına görə həbs olunan cənab Məmmədov, cənab İbrahimov və digər şəxsləri azad etməyə çağırırıq.
Biz, həmçinin, Azərbaycan hökumətini dünən Ali Məhkəmə tərəfindən jurnalist Xədicə İsmayılovaya qarşı ölkədən çıxma qadağasına dair qərarını və onun barəsində yerdə qalan ittihamları aradan qaldırmağa çağırırıq”, -deyə bəyanatda bildirilir.