2017-ci ildə dövlət aparatlarının saxlanması neçəyə başa gələcək?

2017-ci ildə dövlət aparatlarının saxlanması neçəyə başa gələcək?
28 Dekabr 2016
Mətni dəyiş
Prezident İlham Əliyev “2017-ci il üçün Azərbaycanın dövlət büdcəsi haqqında” qanunun tətbiqinə dair fərman imzalayıb.
Sənəddə digər xərclər sırasında icra və qanunverici hakimiyyət orqanlarının saxlanması üçün ayırmalar da yer alıb.
Ümumilikdə 2017-ci ildə icra və qanunverici hakimiyyət orqanlarının saxlanmasına 558 mln. 339 min 828 manat ayrılıb.
Gələn il Prezident Administrasiyasının saxlanması 76 mln. 361 min 158 manat, Milli Məclis - 23 mln. 940 min 764 manat, Nazirlər Kabineti - 10 mln. 23 min 891 manata başa gələcək.
XİN-in saxlanması üçün büdcə xərcləri 9 mln. 963 min 208 manat təşkil edəcək. Mədəniyyət və Turizm Nazirliyi - 5  mln. 80 min 944 manat, Səhiyyə Nazirliyi   - 2 mln. 111 min 158 manat, Təhsil Nazirliyi  -  9 mln. 292 min  955 manat, ASAN xidmət -  21 mln. 165 min 309 manat.
2017-ci ildə MSK-ya 2 mln. 338 min 626 manat ayrılacaq. Dairə seçki komissiyalarının saxlanması 7 mln. 554 min  244 manata başa gələcək. Seçici siyahılarının dəqiqləşdirilməsinə  6 mln. 138 min 794 manat ayrılacaq.
Ombudsman aparatının saxlanmasına 1 mln. 898 min 344 manat, Məhkəmə-Hüquq Şurasının saxlanmasına 646 min 920 manat ayrılacaq.
Dövlət büdcəsindən beynəlxalq fəaliyyətə və beynəlxalq təşkilatlara üzvlük haqlarına 229 mln. 69 min 761 manat ayrılacaq. Beynəlxalq maliyyə-kredit təşkilatları və ictimai-siyasi təşkilatlara üzvlük haqlarına 55 mln. manat ayrılacaq. Beynəlxalq fəaliyyət və digər belə tədbirlərə 20 mln. manat ayrılıb.
Müdafiə xərcləri ümumilikdə 2 mlrd. 642 mln. 92 min  672 manat, o cümlədən Müdafiə Nazirliyinə ayrılan xərclər  1 mlrd. 102 mln. 561, 773 min manat təşkil edəcək.
Milli təhlükəsizliyə ümumilikdə 111 mln. 929,106 min manat, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin saxlanmasına 93 mln. 752,960 min manat, Xarici Kəşfiyyat Xidmətinə 18 mln. 176,146 min manat ayrılacaq.
Müdafiə Sənayesi Nazirliyinin saxlanmasına 4 mln. 341 min 229 manat ayrılacaq. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi araşdırmalar üçün Müdafiə Sənayesi Nazirliyinə 2 mln. 642,144 min manat ayrılıb.
Müdafiə təyinatlı tədbirlərə və xüsusi layihələrə ayrılan xərclər 1 mlrd. 254 mln. 504 min manat təşkil edəcək.
2017-ci ildə hüquq-mühafizə orqanlarının saxlanmasına ümumilikdə 927 mln. 537 min 843 manat, o cümlədən DİN 412 mln. 507,111 min manat, Daxili Qoşunların Baş İdarəsi 152 mln. 564,939 min manat təşkil edir.
FHN-in saxlanmasına ayrılan xərclər 141 mln. 329,976 min manat, Xüsusi Dövlət Mühafizə Xidməti - 88 mln. 411,919 min manat, Baş Prokurorluq - 48 mln. 62,832 min manat, Hərbi Prokurorluq - 10 mln. 34,033 min manat təşkil edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun