26 Dekabr 2016
Mətni dəyiş
Cənubi Korolina Universitenin alimləri Çin araşdırmacıları ilə birlikdə ürək əzələlərinin bərpası üçün nəzərdə tutulan süni kök hüceyrə yaradıblar.
Araştırmanın nəticələri olan məqalə Nature Communications jurnalında dərc olunub.
Təcrübədə həm sintetik həm də adi kök hüceyrələri ürək əzələsi hüceyrələrinin inşafını təmin edib. Bununla bərabər, sintetik hüceyrələr xərçəng hüceyrələrinin yayılma riskini də artırmayıblar.
Sintetik kök hüceyrələrinin membranı immun sisteminin ona təsirinin qarşısını alır, canlı toxumalarla əlaqəyə girərək sağaldıcı təsir göstərir.
Sintetik kök hüceyrələri daha davamlı olub, donmaya və donmadan sonrakı əriməyə dayanıqlı olduğu da bildirilib.