"Yüklənən" azərbaycanlılar - Nuriyyə Ağazadə

"Yüklənən" azərbaycanlılar - Nuriyyə Ağazadə
7 Noyabr 2016
Mətni dəyiş
Nuriyyə Ağazadə
Azərbaycan vətəndaşı qədər beyin yarımkürələri yüklənən ikinci ölkə vətəndaşı tanımaq istərdim. Niyə? Adi bir missal çəksəm hər biriniz mənim haqlı olduğumu avtomatik təsdiqləyəcəksiniz. Məsələn, yapon səhər yatağından durur, çiyinlərində əsas məsuliyyət bunlardı: Sevdiyi işə getmək.
Sonrakı addım və məşğuliyyətləri öncəki məsuliyyətin davamı olan törəmə aktlardır. Daha sonra ailəsi və ətrafıyla normal münasibətlər və normal həyat rəzini özündə daşıyan yaşam şərtləridir. Yəni, onun beyni bir-birinə dəxli olmayan “həyat ilə mübarizə” aktlarıyla yorulmur.
İkinci misal, əhalisinin əksər hissəsi kasib olan, elə ümumilikdə kasıb ölkə Banqladeş vətəndaşının həyat tərzi: Yuxudan durur, ölkəsinin birmənalı olaraq onu və onun kimiləri məhkum etdiyi kasıb həyat tərzinə boyun əyərək, özünün ucuz əmək qüvvəsi kimi istismar olunmasıyla barışıb ya özünün, ya da inkişaf etmiş sivil ölkələrdə bir qarın çörək üçün başını aşağı salıb, beyin yarımkürələrini gücə salmadan yaşam mücadiləsi edirlər.
Bizlərdə isə: azərbaycanlı səhər və ya günorta yuxudan oyanır. Olmazın ağ-qara informasiyalarla yüklənir. Şaşqın, kreditinin vaxtı keçibsə, dörd qat stress, diploma hansı siyirmənin küncündə olduğunu xatırlamaq istəyir, az-çox aldığı savad ölkədəki ictimai-siyasi durumu analiz etməyə imkan verdiyindən, hələ bizə körpə ikən nağıllarımızın təhtəlşüurumuza diqtə etdiyi dörd yol ayrıcında qalmış Məlikməmmədə bənzəyir.
İnanın gözümün önündə onlarla insanın oxşar durumunu görüb ürək ağrısıyla bunları ifadə edirəm. Yəni, yazdıqlarım xəyal məhsulu deyil, həqiqətin çılpaq görkəmidir. Bunu özündə görməyib həmin görkəmə gülənlər (harın yaşayanlar), bunu danıb həmin görkəmin üzərinə yalançı xoşbəxtlik donu geydirənlər (əksər ziyalılar) bunu ümumiyyətlə görməzdən gələnlər (əksər məmurlar) hiss etməzlər…
Çıxış yolu? Mən də çıxış yolunun necə olduğunu bilmək istərdim. Söylədiklərim ağ qara tablonun yalnız seyirciyə anlatdığı kədərli ştrixlər idi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun