Xocalı faciəsi haqda filmin rejissoru beynəlxalq mükafata layiq görülüb

Xocalı faciəsi haqda filmin rejissoru beynəlxalq mükafata layiq görülüb
28 Noyabr 2016
Mətni dəyiş
Ötən şənbə günü Balidə (İndoneziya) Cakartada keçirilmiş “Sülh, Humanizm, Bərabərlik 2015” beynəlxalq festivalının qalibi olan kinematoqrafçılara İndoneziya dövlət mükafatlarının verilməsi mərasimi keçirilib.
Festivalın laureatları arasında Litvadan olan tanınmış prodüser və rejissor , “Sonsuz dəhliz” sənədli filminin müəllifi Aleksandras Brokas da olub.
Üç nominasiya üzrə festivalın mükafatını qazanan film Xocalı faciəsindən bəhs edir. Dövlət mükafatında deyilir ki, filmin müəllifi yüksək humanizm ideyalarının təbliğinə və qorunmasına görə ali mükafata layiq görülür.
rejissor-aleksandras-brokas
Mükafatı təqdim edən Bali kralı Anak Aqunq Baqus Suteqca deyib ki, “Sonsuz dəhliz” filmi insanlıq kimi, insan kədərinin də sərhəddinin olmadığını göstərir.
Bu mükafatla yanaşı A.Brokas yüksək humanizm ideyaları xadimi fəxri adını və “mədəniyyətə verdiyi töhfəyə görə” mükafatını alıb.
Brokas “Azadlıq” radiosunun müxbirinə deyib ki, onun əməyinin belə qiymətləndirilməsi barış və tolerantlığın dəyərli olduğunu dünyaya xatırlatmaq, sülhə yolun mədəniyyətdən keçdiyinin vacibliyini göstərmək üçün imkandır.
Qeyd edək ki, indiyədək Brokasın filmi onlarla nüfuzlu festivalda mükafat alıb. Onların arasında Amerikanın “Kiçik Oskar”, İspaniyanın “ən yaxşı sənədli film” və “ən yaxşı rejissor işi”, İtaliyanın ən yaxşı kinomontaj işi” və s. mükafatlar var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun