Vəkil təcridxanada gənc fəallarla görüşüb

Vəkil təcridxanada gənc fəallarla görüşüb
19 Noyabr 2016
Mətni dəyiş
Vəkil Əsabəli Mustafayev Binəqədi müvəqqəti saxlama təcridxanasında inzibati həbs cəzası almış Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları ilə görüşüb.
Abzas.net bildirir ki, Ə.Mustafayev bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. "Bu gün inzibati həbs olunanların Binəqədidəki saxlanılma məntəqəsində oldum. İlk olaraq cəbhəçi fəal İskəndərov Emil ilə görüşdüm. Mətbuatda yayılmış ilk məlumatda ona 5 gün inzibati həbs tətbiq olunduğu deyilirdi. Ancaq sonra məlum oldu ki, bu müddət 30 gündür. Daha sonra həmin məntəqədə 30 günlük həbs cəzasını çəkməkdə davam edən digər gənc fəal - Samir Məmmədov ilə də görüşdüm. Hər ikisinin əhval-ruhiyyəsi yüksəkdir, dostlarına və yaxınlarına salam göndərirlər"- deyə vəkil bildirib.
Qeyd edək ki, AXCP üzvləri Samir Məmmədov noyabr ayının 3-də, Emil İskəndərov noyabrın 15-də polis tərəfindən saxlanılıb. Hər iki fəala 30 sutka inzibati həbs cəzası verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun