25 Noyabr 2016
Mətni dəyiş
Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün “Milli mənəvi dəyərlər və KİV” mövzusunda jurnalistlər üçün təlimlərin açılışında deyib.
O bildirib ki, vaxtilə başqa ölkələrə demokratiya və sair adlar altında təsir göstərməyə çalışanlar, indi də müxtəlif ölkələrə din pərdəsi altında təsir göstərməyə çalışırlar:
"Ona görə də, jurnalistlər bu məsələdən yazan zaman hər şeyi ölçüb-biçməlidirlər. Ayrı-ayrı dövlətlərin bizi izləyən qurumları var. Nə isə baş verəndə tez bəyanat verirlər, Azərbaycana təzyiq etməyə çalışırlar".
YAP rəsmisi deyib ki, ona görə də, onların əlinə bu imkanı verməməlidilər və dini təbliğat məsələsində daha aktiv olmalıdılar:
"Bəzi insanlar xaricdə qanunsuz silahlı qruplaşmalara qoşulurlar. Bizim burada torpaqlarımız işğal altında ola-ola, onlar xaricdə qanunsuz silahlı birləşmələrə qoşulurlar. Amma nəyin uğrunda, heç özləri də bilmirlər. Biz mətbuatla birgə təbliğat işləri aparmaqla, bu halların qarşısını almalıyıq".