6 Noyabr 2016
Mətni dəyiş
“Index on Censorship” təşkilatı jurnalist kateqoriyası üzrə “2017-ci il “İfadə Azadlığı Mükafatı’na “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzini namizəd kimi irəli sürüb.
Mükafat son 12 ay ərzində namizədlərin gördükləri işlərə görə verilir. Müsabiqədə 400 nəfər namizəd var.
Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.
Jurnalist bu ittihamı rədd edir, həbsini jurnalistlik fəaliyyəti ilə bağlayır.
“Amnesty International” təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.