Rəsul Cəfərovun şikayəti təmin edilməyib

Rəsul Cəfərovun şikayəti təmin edilməyib
11 Noyabr 2016
Mətni dəyiş
Bakı Apelyasiya Məhkəməsi noyabrın 10-da hüquq müdafiəçisi Rəsul Cəfərovun üzərindən məhkumluğun götürülməsi ilə bağlı şikayətini təmin etməyib.
R.Cəfərov bildirib ki, məhkumluğun götürülməməsi onun hüquqlarını, ictimai vəzifə ilə məşğul olmaq, Vəkillər Kollegiyasına üzv seçilmək imkanlarını məhdudlaşdırır.
Hüquq müdafiəçisi onun bank hesabına həbsin davam etməsi və ölkədən çıxış-giriş zamanı hərtərəfli axtarış prosedurunu nəzərə alaraq bu imtinanı təzyiq kimi qiymətləndirir.
R.Cəfərovun hüquqi təmsilçisi Samirə Ağayeva hesab edir ki, məhkəmələrin R.Cəfərovun üzərindən məhkumluğu götürməsinə əsas olub.
S. Ağayevanın deməsinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi R.Cəfərovun Avropa Konvensiyasının 5-ci maddəsi üzrə hüquqlarının (azadlıq və şəxsi toxunulmazlıq hüququ) pozulmasını tanıyıb ki, bu da həbsin qanunsuz olması deməkdir. Digər tərəfdən, o əfv edilib . Bu isə bütün cəza formalarını onun üzərindən götürür.
R.Cəfərov “Demokratiya naminə incəsənət” kampaniyasının koordinatoru və İnsan Hüquqları Klubunun rəhbəri olub. 2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamı saxlanıb.
2015-ci il aprelin 15-də R.Cəfərov 6,5 il müddətinə həbs olunub. Həmin ilin iyulunda onun həbs müddəti 3 ay azaldılmışdı.
2016-cı il martım 17-də isə dövlət başçısının sərəncamı ilə R. Cəfərov əfv edilib.
Yasamal Rayon Məhkəməsi bundan əvvəl hüquq müdafiəçisinin məhkumluğun götürülməsi barədə xahişini təmin etməmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun