“Qara bazar”da dollar kəskin bahalaşdı

“Qara bazar”da dollar kəskin bahalaşdı
17 Noyabr 2016
Mətni dəyiş
Bu gün daha 3 bank valyuta satışını dayandırıb. Bununla da ABŞ valyutasını satmayan bankların sayı 18-ə çatıb. 
Noyabrın 17-də bankların dollar satışını dayandırması “qara bazar”ı canlandırıb. Fins.az-ın məlumatına görə, bu gün “qara bazar”da 1 dollar 1. 8250 manata satılır.
ABŞ valyutasının bazarda alış qiyməti də banklardan xeyli bahadır. “Qara bazar”da dollar 1.8000 manata alınır.
Onu da deyək ki, banklar rəsmən dollar satışından imtina etsələr də ABŞ valyutasını dolayısı ilə “qara bazar”a çıxarırlar. Həm də bununla vətəndaşların əlində olan dollar toplanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun