"Neftin qiyməti 40 dollara düşə bilər"

"Neftin qiyməti 40 dollara düşə bilər"
1 Noyabr 2016
Mətni dəyiş
"Goldman Sachs" investisiya bankı OPEC-in buaykı konfransında neft hasilatını azaltma barədə razılaşma ehtimalının kiçildiyini hesab edir.
İnvestisiya bankının ekspertləri düşünür ki, razılaşma olmasa, neft qiymətləri 40 dollara qədər düşə bilər.
Şirkətin analitiklərinin oktyabrın 31-də yayılan hesabatında oxuyuruq: "Hasilat kvotalarının tətbiq olunması ilə bağlı irəliləyişin olmaması və OPEC istehsalçıları arasında getdikcə artan narazılıq noyabrın 30-da razılaşma əldə etmə ehtimalını azaldır".
Hesabatda qeyd edilir ki, indiyə qədər razılaşmanın olmaması neft qiymətlərini sərt bir şəkildə aşağı çəkib: "OPEC inandırıcı bir razılaşma təklif etməzsə, bizə görə, neft qiymətləri 40 dollara qədər geriləyəcək".
OPEK neft ixrac edən ölkələr birliyidir. Birliyə 14 ölkə daxildir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun