11 Noyabr 2016
Mətni dəyiş
"Mənim vəkil olduğum gənc cəbhəçilərlə bağlı iki iş üzrə bu gün məhkəmə prosesləri keçirildi".
Bunu vəkil Əsabəli Mustafayev sosial şəbəkədəki səhifəsində yazıb. Onun bildirdiyinə görə, AXCP Gənclər Komitəsinin fəalı olan Fuad Əhmədli barədə həbs-qətimkar tədbiri daha iki ay uzadılıb.
Vəkilin bildirib ki, müdafi etdiyi digər AXCP fəalı 30 gün inzibati həbs cəzası çəkən Samir Məmmədov barədə qərardan verilmiş apellyasiya şikayəti təmin olunmayıb. "Milli məhkəmədə uduzuruq,amma beynəlxalq məhkəmədə uduruq" - deyə Əsabəli Mustafayev əlavə edib.
Qeyd edək ki, F.Əhmədli avqustun 18-də saxlanıb. O Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
AXCP hər iki üzvünün həbsini müxalifəti sıradan çıxarmaq istəyən hökümətin siyasi sifariş olduğunu bildirib.