Sülh və Demokratiya institunun rəhbəri Leyla Yunus və politoloq Arif Yunus noyabrın 28-də Avropa Paralamentinin insan haqları komitəsində çıxış ediblər.
Leyla Yunus çıxışına referendumdan başlayıb: “ bu il sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dyişikliklıər üzrə referendum keçirildi. Bu dəyişikliklər prezidentin mütləq hakimiyyətini möhkəmlədir. Bunlar hakimiyyəti orta əsrlərə oxşar monarxiyaya çatdırır. Və ümumiyyətlə, hakimiyyətin qanunverci, icraedici və məhkəmə hakimiyyətlərinə bölünməsini heçə endirir. Müşahidəçilərin dediyinə görə, referenduma səsverməyə seçicilərin 10 faizi gəlmişdi. MSK isə dedi ki, gələnlər 70 faizdir və dəyişikliklər qəbul olundu.”
"ONDA BİLƏRSƏN, MİTİNQƏ GETMƏK NƏDİR?"
“Referendum ərəfəsi həbslər və repressiyalar gücləndi. Azərbaycanda fundamental haqlar və azadlıqlar pozulur. Referendum qabağı mitinqlərə icazə verilsə də, toplaşma azadlığı yox idi. Müxalifətin 17 sentybar mitinqinə icazə verilsə də 40-adək adam saxlandı.”
“Xüsusilə gənclərə təzyiqlər var idi. Jurnalist Sevinc Vaqifqızının valideynləri polisə çağırıldı. Ona görə ki, qızları sentyabrın 17-də mitinqə getmişdi.Sahə müvəkkili polis ona açıq deyib ki, “anan polisə gəlməsə, biz bütün şöbə ilə evinizə gələcəyik. Onda başa düşərsən ki, mitinqə getmək nədir”
Leyla Yunus deyir: “Mən bu misalları ona görə çəkirəm ki, Azərbaycanda insanların hansı vəziyyətdə olduğunu başa düşəsiniz”.
"BÜTÜN TƏNQİDÇİLƏR XULİQANDIR"
Leyla Yunus daha sonra söz azadlığına keçir. “ 2015-2016-cı illərdə Azərbaycanda söz azadlığı ilə bağlı durum daha da pisləşdi. Bir sıra bloqqerlər və jurnalistlər azad olunsa da 9 jurnalist hələ də həbsdədir. Onlar həbsə söz demək hüquqndan istifadə etdikləri üçün atılıb.”
“Noyabrın 22-də azel.tv saytının redaktoru Əfqan Sadıqovu tutub, saxladılar. Onun saytı regionda yerli məmurların özbaşınalığından yazır. Redaktoru, əlbəttə ki, xuliqanlıqda ittiham etdilər.”