James Warlick həmsədrlikdən gedir

James Warlick həmsədrlikdən  gedir
21 Noyabr 2016
Mətni dəyiş
James Warlick ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsindən gedir. "Abzas" xəbər verir ki, diplomat bu barədə özünün "Twitter" hesabında  yazıb. O, həmsədr kimi səlahiyyət müddətinin bu il dekabrın 31-də başa çatacağını bildirib. "30 il Dövlət Departamentində xidmət etmək mənim üçün böyük şərəfdir" - deyə J.Warlick qeyd edib. Həmsədrin yazdığına görə, o, fəaliyyətini Rusiyanın “Yeqorov, Puqinski, Afanasyev və tərəfdarları” adlı tanınmış hüquq firmasında davam etdirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun