İzmirdə Heydər Əliyev küçəsi "heykəl məhbuslarına" dəstək şüarları ilə bəzədilib - fotolar
3 Noyabr 2016
Mətni dəyiş
Türkiyənin İzmir şəhərində Qiyas İbrahimov və Bayram Məmmədova dəstək aksiyası keçirilib.
Belə ki, İzmir şəhərinin Heydər Əliyev küçəsinin divarları başdan sona "heykəl məhbusları" Qiyas İbrahimov və Bayram Məmmədova müxtəlif dəstək şüarları ilə bəzədilib.
Qeyd edək ki, daha əvvəl Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən Heydər Əliyev parkında da eyni məzmunlu dəstək aksiyası təşkil edilib.
Xatırladaq ki, Qiyas İbrahimovla Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin Bakıdakı abidəsinə “Rədd olsun sistem!” və “Qul bayramınız mübarək!” şüarları yazandan sonra həbs olunublar.
Onlar istintaq zamanı onlara öz əməllərinə görə üzr istəmələri üçün işgəncə verildiyini biliriblər.
Gənclər bundan sonra hər birinin evinə 1 kq heroin qoyulduğunu iddia edirlər. Onlara Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verib.
Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.