23 Noyabr 2016
Mətni dəyiş
Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir.
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 23-də sərgi ilə tanış olublar.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov prezidentə sərgi barədə məlumat verib. O bildirib ki, sərgidə Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti, inşaat layihələri təqdim olunur.
Bunda əsas məqsəd Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır.
Prezident pavilyonlar ilə yaxından tanış olub.
Sərgi Əmlak Məsələləri Dövlət Komitəsi, "Elan Expo" və "Atılım Fuarcılık" şirkətlərinin təşkilatçılığı ilə keçirilir.
II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi noyabrın 22-si başlayıb, 3 gün davam etməlidir.