Hərracda dolların qiyməti qalxdı

Hərracda dolların qiyməti qalxdı
17 Noyabr 2016
Mətni dəyiş
17 noyabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilmişdir.
Hərrac 1 ABŞ dolları üçün 1,7039 məzənnəsi ilə başlamış və 1,7113 məzənnəsi ilə yekunlaşmışdır. Bu barədə bank dairələrindən məlumat verilib. Bir neçə dəqiqə sonra, Mərkəzi Bankın rəsmi məlumat açıqlayacağı gözlənilir.
Növbəti iş gününə (noyabrın 18-nə) rəsmi məzənnə  ən azı 1,7113 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə (1,7039 AZN/USD) qeydə alınıb.
Qeyd edək ki, hərracda 35 mln. ABŞ dolları həcmində valyuta kütləsi satışa çıxarılıb və vəsaitin hamısı satılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun