30 Noyabr 2016
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə təqsirləndirilən Cabbar Cabbarov və Abbas Hüseynov şüşə qəfəsə salınmalarına etiraz ediblər. Cabbar Cabarov şüşələrin çıxarılacağı ilə bağlı verilən sözə əməl olunmadığını bildirib. Hakim isə ona məhkəmədə usta və mühəndis olmadığını deyib.
Daha sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Göygöl rayonunda yaşayan Tacəddin adlı qohumunun 30 sutkalıq həbs edildiyini deyib. Hakim bildirib ki, belə bir fakt varsa, məhkəmənin sədrinə ərizə yazsınlar.
Prosesdə şahidlərin gəlmədiyi elan olunub.
Proses günün ikinci yarısında davam edəcək.