FED-in faiz artıracağı ehtimalı “Trumpenomi” ilə 100% yaxınlaşır

FED-in faiz artıracağı ehtimalı “Trumpenomi” ilə 100% yaxınlaşır
16 Noyabr 2016
Mətni dəyiş
Analitiklər noyabr ayının əvvəllərində, Trump-ın ABŞ prezidenti seçilməsi halında FED-in faiz artıracağı ehtimalını azaldacağı xəbərdarlığını edirdilər. Ancaq bunun əksinə, hadisələr dekabr ayında demək olar faiz artımını  qəti hala gətirdi.
Bloomberg Agentliyinin verdiyi xəbərə görə, treyderlər 13-14 dekabrda keçiriləcək FED-in son iclasında faiz artıracağı ehtimalını, bu ilin ən yüksək səviyyəsi olan 94 faiz olaraq görürlər. Trump-ın xərc planları, inflyasiya gözləntilərinin sürətlənməsi FED-in faiz artıracağı gözləntilərini gücləndirir.
FED-in faiz artıracağı ehtimalı bu ayın əvvəlindəki 68% səviyyəsində idi.
ABŞ-ın yeni prezidenti Donald Trump infrastruktur layihələrinə dövlət xərclərini artıracağı və vergi dərəcələrini aşağı salacağı sözünü verib. Bu vədlər reallaşarsa, iqtisadi inkişaf güclənəcək və FED-in faiz artırması prosesi sürətlənəcəkdir (Trumpenomi).
FED RƏSMİLƏRİNDƏN AÇIQLAMALAR
ABŞ Mərkəzi Bankı FED-in Boston şöbəsinin sədri Erik Rosengren qurumun gələn ay faiz artırmaqdan, ancaq əhəmiyyətli mənfi inkişaf daşındıra biləcəyini deyib.
Rosengren inflyasiyanın yaranmağa başladığına dair dəlillər olduğunu, gələn il inflyasiyanın 2%-ə çatmasını gözlədiyini deyib. Qiymətlərdə artımların davam etməsini gözlədiyini ifadə edən Rosengren, çox sürətli faiz artırmağın isə iqtisadi normallaşmaya mənfi təsir edə biləcəyini deyib.
Bu həftə bir neçə Fed rəsmisinin çıxışı gözlənilir. Cümə günü sədr Janet Yellen-in ABŞ Senatında edəcəyi təqdimatı bazarlar baxımından əhəmiyyətli olacaqdır.
FED/Rarullo: Hazırda faiz artırmaq əvvəlki dövrə nisbətən daha çox mümkündür
ABŞ Mərkəzi Bankının (Fed) İdarə Heyətinin üzvü Daniel Tarullo, bazarların Donald Trump hökumətinə verəcəyi reaksiyanı diqqətlə izlənilməsi lazım olduğunu söyləyib.
ABŞ-da keçən həftə keçirilən prezident seçkilərini Respublikaçı namizəd Donald Trumpın qazanmasının bazarlarda dalğalanmalara yol açdığını vurğulayan Tarullo, xüsusilə istiqraz faizi və valyuta məzənnəsində baş verən yüksəlmənin “daha yüksək iqtisadi artım, daha yüksək xərc və daha yüksək inflyasiya” gözləntilərini əks etdirdiyini bildirib.
Tarullo, FED-in pul siyasəti qərarlarını qısamüddətli bazar hərəkətlərinə görə dəyişdirməyəcəyini, ancaq bazarların Trump hökumətinə verəcəyi reaksiyanı yaxından izləyəcəyini dilə gətirib.
Bununla yanaşı, faiz artırımını təxirə salmanın ölkə iqtisadiyyatının “həddən artıq qızmasına” yol açacağına işarə edən Tarullo, “Hazırda FED-in faiz artırması, əvvəlki dövrə nisbətən daha mümkündür” ifadəsini istifadə edib.
Tarullo, FED-in pul siyasətlərini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsində (FOMC) tam səs hüququna malik olan üzvlərdən biridir.
FOMC-ın növbəti iclası 13-14 Dekabrda keçiriləcək. Fed Sədri Janet Yellen toplantının ardından verilən qərarları qiymətləndirmək üçün mətbuat nümayəndələrinin qarşısına çıxacaqdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun