19 Noyabr 2016
Mətni dəyiş
Amerikanın CBS kanalında yayımlanan "60 dəqiqə" proqramına müsahibəsində Türkiyə prezident Recep Tayyip Erdoğan Türkiyə-Amerika əlaqələrindən, Fətullahçı Terror Təşkilatından (FETÖ), 15 İyul dövlət çevrilişi cəhdindən və bir çox mövzulardan danışıb.
Erdoğan, proqramda Stiv Croftun Türk-Amerika münasibətlərinə dair suallarını cavablandırıb.
Son dövrdəki bəzi Amerikan siyasətlərindən dolayı "xəyal qırıqlığına uğradığını" söyləyən prezident Ərdoğan, yeni prezident Donald Tramp administrasiyasına dair gözləntilərini də bölüşüb.
Fetullah Gülənin ABŞ-da hər hansı bir araşdırmaya cəlb edilmədən yaşamına davam etməsi səbəbindən bu ölkənin rəhbərliyini tənqid edən Erdoğan onun hələ də Pensilvaniyada qalmasının bütün Türk xalqını narahat etdiyini vurğulayıb.
Barak Obama rəhbərliyinin Suriyadakı böhranı ələ alma tərzinin də narahatlıq mənbəyi olduğuna diqqəti çəkən Erdoğan, bu siyasətlərin Türkiyənin cənub sərhədlərində təhlükəsizlik təhdidlərinin ortaya çıxmasında rol oynadığına işarə edib.
Suriya ilə bağlı məsələləri həm ABŞ prezidenti Obamaya, həm də vitse-prezident Co Baydenə verdiyini bildirən Erdoğan, "ancaq bu məsələləri ciddi bir şəkildə ələ almaqda uğursuz oldular və bu bizi narahat etdi" deyib.