3 Noyabr 2016
Mətni dəyiş
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirə səfəri zamanı ölkə prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan söz açılıb.
E. Məmmədyarov gələn il Azərbaycanda IV İslam Həmrəyliyi oyunlarının keçiriləcəyini diqqətə çatdırıb və Misir idmançılarını oyunlarda yaxından iştiraka dəvət edib.
Görüş zamanı Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olundu, enerji sahəsində SOCAR ilə EGPC arasında qurulmuş 6 illik əməkdaşlıq yüksək qiymətləndirilib, bu əməkdaşlığın böyük perspektivlərinin olduğu qeyd olunub.
Görüşdə ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.