Elgiz Qəhrəmanın istintaqı başa çatıb

Elgiz Qəhrəmanın istintaqı başa çatıb
6 Noyabr 2016
Mətni dəyiş
NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə vəkil Fariz Namazlı məlumat verib.
O bildirib ki, vəkillər cinayət işinin materialları ilə tanış olur, ardınca cinayət işi baxılmaq üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Elgiz Qəhrəmanlı avqustun 12-də saxlanıb və həmin gün CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu 5 ildən 12 ilədək həbs təhlükəsi gözləyir.
Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar və vəkili yanına buraxmayıblar. Vəkillərin bildirdiyinə görə həbsdə olan fəal həmin idarədə işgəncələrə məruz qalıb.
Elgiz Qəhrəman və NİDA isə həbsin siyasi motivli və gənc fəalın sosial şəbəkədə yazdığı fikirlərə görə olduğunu bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun