Ekvador Futbol Federasiyasının eks-prezidentinə 10 il həbs verildi

Ekvador Futbol Federasiyasının eks-prezidentinə 10 il həbs verildi
19 Noyabr 2016
Mətni dəyiş
FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri,  Ekvador Futbol Federasiyasının sabiq prezidenti Luis Çiriboqa 10 il müddətinə azadlıqdan məhrum edilib.
APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə, L.Çiriboqa çirkli pulların yuyulmasında təqsirli bilinib.
2015-ci ilin yanvarında, L.Çiriboqa dördüncü dəfə Ekvador Futbol Federasiyasının prezidenti seçilib. Ötən ilin dekabrında ona FİFA-dakı korrupsiya qalmaqalı ilə əlaqədar ittiham irəli sürülüb. Bundan sonra L.Çiriboqa könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.
Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya qalmaqalı baş verib, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb. Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə nəticələnib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun