"Daşkəsən Filizsaflaşdırma" özəlləşdirməyə çıxarılıb

"Daşkəsən Filizsaflaşdırma" özəlləşdirməyə çıxarılıb
17 Noyabr 2016
Mətni dəyiş
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) “Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmlərinin 99,22%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə rəsmi mətbuata bildirilib.
Məlumata görə, müəssisənin səhmlərinin qalan 0,78%-lik hissəsini əmək kollektivinin üzvləri güzəştli satiş vasitəsilə alıb.
Müsabiqədə yerli investorlarla yanaşı, xarici investorlarda iştirak edə bilər. Müəyyən edilmiş şərtlər daxilində investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşuna dair daha əlverişli təkliflər təqdim edən iddiaçıya üstünlük veriləcək. İddiaçı qalib gələcəyi təqdirdə müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 10 milyon manatlıq behi ƏMDK-ya ödəməlidir. Qalib gələn iddiaçının ödədiyi məbləğ şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun