Daha bir şirkət Azərbaycanı tərk etdi

Daha bir şirkət Azərbaycanı tərk etdi
10 Noyabr 2016
Mətni dəyiş
"British Airways Plc." şirkətinin Azərbaycan nümayəndəliyi ləğv olunub. Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.
Qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi, ev 8, "Hyatt Tower -2" (VI mərtəbə) ünvanına bildirə bilərlər.
"British Airways" aviaşirkəti sərnişin və yük daşımaları həyata keçirir. Dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.
Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun