Daha bir bank dollar satışını dayandırıb

Daha bir bank dollar satışını dayandırıb
1 Noyabr 2016
Mətni dəyiş
Bu gündən  daha bir bank dollar satışını dayandırıb. Söhbət  “Naxçıvanbank”dan gedir. Bankdan fins.az-a verilən məlumata görə, noyabr ayının 1-dən etibarən xarici vayluta satışı tamamilə dayandırılıb. 
Qeyd edək ki, buna qədər bank 5000 limitlə dollar və eyni məbləğdə avro satışı həyata keçirirdi.
Bununla da noyabr ayının 1-də ölkədə dollar satmayan bankların sayı 7-yə çatıb. “Naxçıvanbank”la yanaşı, “Ziraat Bank (Azərbaycan)”, Pakistan Milli Bankının Bakı filialı, “Kapital Bank” , “Azər-Türk Bank”, “AFB Bank” və  “PAŞA Bank” dollar satışını dayandırıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun