Çempionlar Liqasında 1/8 finala yüksələn daha 5 komanda bəlli olub

Çempionlar Liqasında 1/8 finala yüksələn daha 5 komanda bəlli olub
23 Noyabr 2016
Mətni dəyiş
Çempionlar Liqasının qrup mərhələsinin V turunun ilk oyun günü 1/8 finalın daha 5 iştirakçısının adına aydınlıq gətirib.
Beləliklə artıq qrupdan çıxdığı rəsmiləşən klubların sayı 10-a çatıb.
E qrupunda "Monako” qazandığı qələbə ilə 1/8 finala çıxmasını rəsmiləşdirib. Özü də fransızlar buna qrup lideri kimi nail olub. Bu qrupdan 2-ci vəsiqənin sahibi də bəllidir. "Bayer” Moskvada xal itirsə də, bu, ona məqsədinə çatmasına mane olmayıb. Çünki "Tottenhem” son turda ona çatarsa belə, şəxsi oyunlarda (0:0 və 0:1) geri qalır.
"Borussiya” – "Legiya” matçında "qol yağışı” olub. Azarkeşlər Dortmundda 12 qol görüblər. Bunadək 1/8 finala çıxan "Borussiya” böyükhesablı qələbə sayəsində 1-ci pillədə yerini möhkəmlədib. "Real Madrid” isə "Sportinq”i səfərdə yenməklə 1/8 finala vəsiqəni rəsmiləşdiirb.
ÇL-in debütantı olan "Lester” də adını pley-offçular sırasına yazdırıb. Özü də Klaudio Ranyerinin yetirmələri buna qrup lideri kimi nail olub.
Günün mərkəzi görüşü "Yuventus”un İspaniyada əzmkar qələbəsi ilə nəticələnib. Düzdür, bunda "Sevilya”nın azlıqda qalmasının böyük təsiri olub. Turin klubu da adını 1/8 finala yazdırıb.
Çempionlar Liqası, qrup mərhələsi, V tur
E qrupu
MOİK (Rusiya) - "Bayer" (Almaniya) - 1:1 
Qollar: Bibras Natxo, 76-pen - Kevin Volland, 16
"Monako" (Fransa) - "Tottenhem" (İngiltərə) - 2:1 
Qollar: Cibril Sidibe, 48, Tomas Lemar, 53 - Harri Keyn, 52-pen
11-ci dəqiqədə Radamel Falkao ("Monako") penaltidən dəqiqə istifadə edə bilməyib.
Xal durumu: "Monako" - 11. "Bayer" - 7. "Tottenhem" - 4. MOİK - 3.
F qrupu
"Borussiya" (Almaniya) - "Legiya" (Polşa) - 8:4 
Qollar: Sindzi Kaqava, 17, 18, Nuri Şahin, 20, Osman Dembele, 29, Marko Roys, 32, 52, 90+3 Feliks Passlak, 82 - Aleksandar Prijoviç, 10, 24, Mixal Kuxarçik, 57, Nemanya Nikoliç, 83
23:45. "Sportinq" (Portuqaliya) - "Real Madrid" (İspaniya) - 1:2 
Qollar: Adrien Silva, 80-pen - Rafael Varan, 29, Kərim Benzema, 87
Qırmızı vərəqə: Joao Pereyra, 64 ("Sportinq", birbaşa)
Xal durumu: "Borussiya" - 13. "Real Madrid" - 11. "Sportinq" - 3. "Legiya" - 1.
G qrupu
"Lester" (İngiltərə) - "Brügge" (Belçika) - 2:1 
Qollar: Şinji Okazaki, 6, Riyad Maxrez, 30-pen - Joze İzquyerdo, 52
"Kopenhagen" (Danimarka) - "Portu" (Portuqaliya) - 0:0 
Xal durumu: "Lester" - 13. "Portu" - 8. "Kopenhagen" - 6. "Brügge" - 0.
H qrupu
"Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:3 
Qollar: Nikolas Parexa, 9 - Klaudio Markizio, 45+1-pen, Leonardo Bonuççi, 87, Mario Mancukiç, 90+3
Qırmızı vərəqə: Franko Vaskez, 36 ("Sevilya", ikinci sarı)
"Dinamo" (Xorvatiya) - "Lion" (Fransa) - 0:1
Qol: Aleksandr Lyakazet, 72
Xal durumu: "Yuventus" - 11. "Sevilya" - 10. "Lion" - 7. "Dinamo" - 0.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun