Cəbhəçi gəncə 10 sutka həbs verilib

Cəbhəçi gəncə 10 sutka həbs verilib
4 Noyabr 2016
Mətni dəyiş
AXCP Gənclər Komitəsinin Yasamal rayon şöbəsinin üzvü Samir Məmmədliyə 30 sutka həbs cəzası verilib. Qeyd edək ki, Samir Məmmədli ötən gün səhər saatlarında “Bandotdel”ə aparılıb və saxlanılma səbəbi açıqlanmayıb. 
Bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə yazıb. O bildirib ki, AXCP Yasamal şöbəsinin gənc üzvü Samir Məmmədovu “bandotdel” həbs edib:
"İndi məlum olur ki, xəlvətcə keçirilən ASAN məhkəmə vasitəsilə Samir bəyi 30 sutka müddətinə inzibati qaydada həbs ediblər. Hakimiyyət gənclərin kütləvi şəkildə ictimai – siyasi proseslərə, xüsusilə də AXCP- yə qoşulmasından çox qorxur".
Partiya sədri qeyd edib ki, Azərbaycandakı rejimdən qabaq mövcud olmuş diktaturalar, avtoritar rejimlər də qorxurdu və həbs etməklə qorxutmağa çalışırdı: "Lakin repressiyaların onlara fayadası olmadı, indi hamısı tarixin zibilliyindədir. Həbslərin sizə də faydası olmayacaq, sizin də istiqamətiniz oraya doğrudur!”
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun