Bu il tədiyə balansının kəsiri 5 milyard dollar proqnozlaşdırılır

Bu il tədiyə balansının kəsiri 5 milyard dollar proqnozlaşdırılır
30 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bəyan edib ki, 2016-cı ildə tədiyə balansının kəsiri 5 milyard dollar proqnozlaşdırılır.
Turan-ın məlumatına görə, Milli Məclisdə 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində çıxışında o deyib ki, bu, ciddi rəqəmdir və kəsirin 88-90%-i kapital hərəkəti ilə bağlıdır.
Onun sözlərinə görə, bu, kreditlərlə, borc öhdəlikləri ilə bağlıdır.
"Şirkətlərin dövlət zəmanətli kreditləri, ABB-nin xarici borcu var. Onları ödəməliyik. TANAP qaz kəməri layihəsini həyata keçiririk, dövlət bunun üçün öz maliyyə ehtiyatlarından istifadə edir", deyə o bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun