Biz niyə demokrat ola bilmirik?

Biz niyə demokrat ola bilmirik?
5 Noyabr 2016
Mətni dəyiş
Həzi Bəy
Mənim mövzuya bir neçə cümləlik yanaşmam bundan ibarətdir ki, biz demokratik bir cəmiyyətdə dünyaya göz açmamışıq və bizi tərbiyyə edənlər demokratlar olmayıblar. 
Dünyaya yenicə göz açandan sonra... 
Hər bir valideyn istəyir ki, övladı ancaq onun sözünü eşitsin və istəklərini diqtə edə biləcəkləri bir övlad olsun. Və müəyyən yaşa kimi övladlarına bunu aşılayırlar.  4-5 yaşa çatan bir uşaq böyüklərin yanında ümumiyyətlə danışmamalı, ancaq valideyinlərin icazə verdiyi uşaqları özünə dost edinə bilməlidir.
Misəl üçün, Əhmədlə dost olmaq olmaz. Onun ailəsi yaxşı ailə deyil. Çizgi filmi seçimi belə valideyinlərin iradəsiylə olur. Ata strateji, döyüş və ya maşın olan çizgi filmləri bəyənir. Ana daha çox ailə məhəbbətindən və ya heyvanlar ailəmindən olan çizgi filmləri bəyənir. Uşaq nə bəyənir deyə soruşsanız, "əşşi uşaqdır da, zatən bütün çizgi filmlərin bəyənir" deyəcəm.
Cəmiyyətə yenicə inteqrasiya etmiş yeniyetmə...
6-17 yaş aralığında uşaq cəmiyyətə yenicə inteqrasiya etməyə başlayır. Məktəb, məktəbdə dərs aldığı müəllimlər və yeni-yeni qazandığı dostlar. Ümumilikdə 6-17 yaş aralığında baş verən hər şey gələcəyin indidən qoyulan bünövrəsi və ya başqa cür desək, böyük bir insan ömrünün tazə, hələ tam bərkiməmiş sütunlarıdır.
Gələcəkdə böyük bir riyaziyyatçı olmağı hədəf seçən və bunun fonunda heç bir perspektivi olmadığı halda ədəbiyyat oxumağa məcbur edilən şagird dostlarının bütün bu lazımsızlıqları gördüyünü, anladığını və razılaşdığını görəndə bütün müqavimət hissini itirir. Və beləliklə, əslində bunun elə bu şəkildə olmalı olduğunu qəbul edir, özünə aşılayır, özündən başqalarına da tətbiq edir.
Nəyi tətbiq edir? Özündən böyükdürsə, susmalı, ətrafdakılar qəbul edirsə, etməlisən. Sən əgər özündən böyüyə qarşı çıxırsansa, tərbiyyəsizsən. Məktəb sənə nə deyir oxumalısan, oxumasan, sinifdə qalacaqsan. Sinifdə qalsan bütün dostlarının münasibəti sənə qarşı dəyişəcək. Sənə güləcəklər. Və sən bu şəkildə davam edib 18 yaşına, dövlətin və qanunlarının səni şəxsiyyət olaraq rəsmən tanıdığı yaşa ya cəmiyyətdən təcrid olunmuş bir gənc kimi, ya da bütün müqavimət hissini itirmiş, öz gələcəyini hökumətin və başqalarının maraqlarına uyğun şəkildə "qurmuş" qul kimi qədəm qoyacaqsan.
Səni dövlətin və qanunlarının şəxsiyyət olaraq rəsmən tanıdığı dönəmə keçid edirsən... 
Universitet və ya hərbi xidmət sənə yeni dostlar qazandırır. Hansı ki, bunlar siyasi aktivist, jurnalist, blogger, vəkil və s. bir neçə təbəqəyə bölünən insanlardır.
Sənin tanıdığın bu insanlar demokrat olur. Ya da bunu imitasiya edirlər.
Misəl üçün, sən bir xarici dövlətdə olursan. Oranın öz mədəniyyəti və öz süfrəsi var. Sənin qarşına heç vaxt dadmadığın, ancaq adını eşitdiyin bir nemət qoyurlar. Və ətrafındakılar sənə "görməmiş", "çuşka" deməsinlər deyə, onu yemək istəyirsən. Ağız dadına uyğun olmadığına görə, çeynəyə-çeyneyə, dişinlə didə-didə udmağa cəhd edirsən. Və bu çox iyrənc forma alır. Sən də, ətrafındakılar da irgənirlər. Sənin də, ətrafındakıların da ürəyini bulandırır. Və sənin bütün ciddiyətin bununla da bitir.
Demokratiya da belədir. Sən onu anlamayıb, özünü ona tam uyğunlaşdırmamış demokrat ola bilməzsən. Buna cəhd edə bilərsən və özünü belə göstərməyə çalışarsan. Amma kənardan çox iyrənc, gülməli, ən azı əttökən görsənər. İnsanları həm özündən, həm də demokratiyadan iyrəndirərsən.
Biz bu ölkəyə demokratiyanı gətirmək istəyiriksə, insanlarının mütləq 80-90%-nin həqiqi demokrat olmasını istəyiriksə, bizdən sonrakı nəsilləri demokrat kimi yetişdirməliyik.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun