Bayram Məmmədovun məhkəməsi təxirə salındı - [video]

Bayram Məmmədovun məhkəməsi təxirə salındı - [video]
24 Noyabr 2016
Mətni dəyiş
Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının üzvü, heykəl məhbusu Bayram Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.
Vəkil Elçin Sadıqovun Abzas.net-ə verdiyi məlumata görə, məhkəmədə Sabunçu RPİ 12-ci bölməsinin rəis möavini şahid kimi ifadə versə də digər polis-şahid məhkəmədə iştirak etmədiyi üçün proses təxirə salınıb.
Məhkəmə prosesi dekabrın 2-si saat 11:00-da davam edəcək.
Qeyd edək ki, B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb.
Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb. Oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilib.
 
Məhkəmədən sonra vəkil Elçin Sadıqovun açıqlaması:
[video width="640" height="368" mp4="http://abzas.net/wp-content/uploads/2016/11/video-1479987332.mp4"][/video]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun