Bank sektoru ən böyük zərbəni məhkəmə sistemindən alır?

Bank sektoru ən böyük zərbəni məhkəmə sistemindən alır?
17 Noyabr 2016
Mətni dəyiş
Azərbaycanın bank sektorunda əsas prorblemlərdən biri məhkəmə proseslərinin həddən artıq uzun çəkməsi ilə bağlıdır. Azərbaycanda Amerika Ticarət Palatası (Amcham)  bu barədə hökumətə təqdim etdiyi "Ağ sənəd"də tövsiyə edib.
Borcların Toplanılması Mexanizmlərinin Təkmilləşdirilməsi
Bank sektoru, portfel keyfiyyətinin pisləşməsi ilə yanaşı, öhdəliklərini yerinə yetirməyən müştərilərin təminatları üzrə öz hüquqlarından istifadə etməkdə mövcud olan çətinliklərlə üzləşməkdədir.
Hüquq və bank sistemləri arasında ciddi boşluq var
Azərbaycanda hüquq və bank sistemləri arasında ciddi boşluq mövcuddur. Mövcud qanun və qaydaların icrası uzun vaxt tələb edir və proseslər işləmir. Azərbaycanın maliyyə sektorunda kreditlərin verilməsi praktikası son on ildə inkişaf etdiyi və beynəlxalq təcrübəyə uyğun olduğu və belə ki kreditlərin ayrılması prosesi bir həftə və ya daha az müddət davam etdiyi halda, bank sektorunun hüquqlarının icra olunması üçün məhkəmə prosesləri, adətən bir il və ya daha uzun müddət davam edir:
Birinci instansiya məhkəməsi – 3 ay
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ("Məcəllə") 172.1 maddəsinə əsasən, vəsatətin birinci instansiya məhkəməsi tərəfindən qəbul edildiyi tarixdən etibarən 3 (üç) ay müddətində məhkəmə işinə baxılır və həll edilir (mümkün ekspertiza və digər vəsatət prosesləri istisna olmaqla);
Appelyasiya məhkəməsi – 141 gün
Məcəllənin 360-cı maddəsinə əsasən, appelyasiya şikayəti qərarın təqdim edilməsindən (qəbul olunmasından) etibarən 1 (bir) ay ərzində verilə bilər. Məcəllənin 364 və 366-cı maddələrinə əsasən, birinci instansiya məhkəməsi şikayəti məhkəmə işi və ya işlə əlaqədar sənədlərlə birlikdə 7 (yeddi) gün müddətində appelyasiya məhkəməsinə göndərir və appelyasiya məhkəməsi işi aldıqdan sonra 15 gün müddətində appelyasiyanın mümkün olub-olmadığını müəyyən edir. 368.3- cü maddədə qeyd edildiyi kimi, əgər qanunda başqa müddət müəyyən edilməzsə, məhkəmə işi təqdim edildikdən sonra 3 (üç) ay müddətində işə appelyasiya məhkəməsində baxılır (buraya potensial ekspertiza və digər vəsatət prosesi üçün müddət daxil deyil);
Kassasiya məhkəməsi – 4 ay
Məcəllənin 405.0.1-ci Maddəsinə əsasən, kassasiya şikayəti qərarın işin iştirakçılarına rəsmi surətdə təqdim edilməsindən sonra 2 (iki) ay müddətində verilə bilər. Məcəllənin 409-cu Maddəsinə əsasən, appelyasiya məhkəməsi kassasiya şikayətini işlə və iş materialları ilə birlikdə appelyasiya müraciətinin müddəti bitdikdən sonra 7 (yeddi) gün ərzində təqdim edir. Qanunda başqa müddət müəyyən edilməzsə, kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edildikdən sonra 2 ay ərzində nəzərdən keçirilməlidir.
Yuxarıda qeyd olunan müddətlərdən də göründüyü kimi, heç bir əlavə ekspertiza tələb edilmədiyi halda da, istənilən məhkəmə prosesi ən az 1 il davam edir. Əgər potensial ekspertizanın müəyyən edilməsi və ya başqa bir məsələ ilə əlaqədar hər hansı əlavə vəsatət təqdim edilərsə, o zaman məhkəmə prosesləri bir neçə il davam edə bilər.
Məhkəməyə qədər işlək prosedurların və praktikanın olmaması, eləcə də məhkəmə sistemində boşluqların olması bank sektoru üçün itkilər yaradır, cəmiyyətin öz borclarını geri ödəməsi mədəniyyətinə, cəmiyyətə və iqtisadiyyata uzun-müddətli ziyan vurur.
Ödənişlərin yerinə yetirilməməsi və gecikdirilməsi hallarının artdığı və borcların geri ödəniş intizamının zəiflədiyi bir şəraitdə Bank sektoruna yardım lazımdır.
Məhkəmə 15 gün çəkməlidir – TÖVSİYƏLƏR
–  Bank və qeyri-bank təşkilatlarında onlayn, təcili xidmət və məlumatların olması üçün Kredit Bürosunun təkmilləşdirilməs ivasitələri (hazırda müştərilər üçün yeni məlumatların emalının bir həftəyə qədər davam etməsi çox saylı, paralel kreditlərin verilməsi ilə nəticələnə bilər);
  Peşəkar təcrübənin və şəffaflığın artırılması məqsədilə, qanunlarda, qaydalarda və proseslər də mövcud olan ziddiyyətlərin əhatə olunması və müzakirə edilməsi üçün maliyyə və məhkəmə sektorları arasında dialoq platformasının təqdim edilməsi;
Hər bir məhkəmə instansiyasında aparılan proseslərin müddətinin 15 (on beş) günə qədər məhdudlaşdırılması üçün qanunların təkmilləşdirilməsi;
Poçt göndərişlərində gecikmələrin və vaxt itkisinin qarşısını almaq üçün, qaydalar və qərarlar proses iştirakçılarına elektron üsulla təqdim edilməlidir. Müvafiq şəxslərin elektron məlumatlandırılması qaydasını müəyyən etməklə, elektron hökumət məhkəmə sistemi aspektindən təkmilləşdirilə bilər;
  Şəffaf məhkəmə və məhkəmə sonrası prosedurların müəyyən edilməsi və təkmilləşdirilməsi; l Əlaqədar tərəflərin birlikdə işləyib hazırlayacaqları məhkəmə öncəsi mexanizmlərin təqdim edilməsi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun