Azərbaycanın xarici dövlət borcu artıb

Azərbaycanın xarici dövlət borcu artıb
25 Noyabr 2016
Mətni dəyiş
Azərbaycanın xarici dövlət borcu artmaqda davam edir.
Maliyyə Nazirliyinin hesabatında bildirilir ki, bu il oktyabrın 1-də Azərbaycanın xarici borcu 7 milyard 650.7 milyon ABŞ dolları (12 milyard 402.6 milyon manat) olub.
Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 20.1 faiz təşkil edib. Bu, aprelin 1-nə olan rəqəmdən 202 milyon dollar çoxdur.
Borca hökumətin birbaşa və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəlikləri daxil edilib.
Xarici dövlət borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından alınan kreditlər hesabına yaranıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun