Azərbaycanın magistral provayderi "Delta Telecom" şirkətinin şəbəkəsində istifadə olunan internet-trafikin həcmi noyabrın əvvəlindən 5,5 faiz artıb.
Trend-in şirkətin hesabatına əsasən verdiyi məlumata görə, internet trafikin həcmi 190 giqabitə çatıb.
Şəbəkənin yüklənmə dinamikası günün hissələrindən asılı olur. Ən çox yüklənmə axşam saatlarında qeydə alınır. Saat 21:00-23:00 arası 190 giqabitədək yüklənmə qeydə alınır. Səhər erkən saatlarında bu rəqəm 20 giqabitə bərabər olur.
Ölkədə "Delta Telecom"un trafikini 25 telekommunikasiya operatoru bölüşdürür.