16 Noyabr 2016
Mətni dəyiş
“Efir televiziyası, kabel televiziyasının fəaliyyəti tənzimlənirsə, nədən internet televiziyasının fəaliyyəti tənzimlənməsin?! Avropa ölkələri optimal variant qəbul etsə, biz də bu qərarı dəstəkləyəcəyik”.
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, internet televiziyalarının fəaliyyətinin tənzimlənməsi uzun müddətdir müzakirə mövzusudur: “Televiziya internetlə, efirlə, peyklə yayımlansa da, fəaliyyət eynidir. Bu məsələyə təkcə kommersiya marağı kimi yox, həm də xüsusi fəaliyyət sahəsi kimi baxmaq lazımdır. İnternetin müsbət tərəfləri var, amma onun fəsadları da həddindən artıqdır. Ümumiyyətlə, insanların şüuruna ciddi təsir edən, ictimaiyyəti çaşdıra bilən vasitələrin tənzimlənməsi vacibdir. Biz uzun müddətdir bu məsələdə ehtiyatlı mövqe tuturuq. Bəzən bunu mediaya, söz azadlığına basqı kimi də qiymətləndirirlər. Lakin dünya artıq başa düşür ki, bu basqı deyil, sadəcə, cəmiyyətin özünü tənzimləməsidir”.