Azərbaycanda dollar yenidən rekord həddə çatdı

Azərbaycanda dollar yenidən rekord həddə çatdı
22 Noyabr 2016
Mətni dəyiş
Bu gün keçirilən Mərkəzi Bankın valyuta hərracında dolların məzənnəsi yenidən artıb. Bu artımla manat dollar qarşısında tarixində ən çox dəyər itirmiş vəziyyətə düşüb. 
Mərkəzi Bankın məlumatında deyilir ki, hərrac 1USD/1,7091AZN məzənnə ilə başlayıb və 1,7146AZN ilə başa çatıb. Bununla da dolların yenidən dəyəri rekord həddə çatıb.
Qeyd edək ki, kommersiya banklarında dolların satış məzənnəsi 1,77 manatı keçib. Oktyabrın ortalarından ABŞ valyutası bahalaşmağa başlayıb.
Ekspertlər ehtimal edirlər ki, 2016-ci ilin sonunadək dollar 1,80-1,85 manat olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun