Azərbaycan əhalisinin ümumi sərvəti açıqlandı

Azərbaycan əhalisinin ümumi sərvəti açıqlandı
24 Noyabr 2016
Mətni dəyiş
İsveçrənin Credit Suisse təşkilatı dünya ölkələri üzrə ailə təsərrüfatlarının sahib olduğu sərvətlərin həcmi ilə bağlı ənənəvi illik qlobal hesabatını açıqlayıb.
Təşkilatın qiymətləndirmələrinə görə, 2016-cı ildə dünyadakı bütün əhalinin ümumi sərvətinin dəyəri 255 trln. dollar təşkil edir. Bunun təxminən 165 trln. dolları Şimali Amerika və Avropa ölkələrinin payına düşür.
Təşkilatın məlumatına görə, Azərbaycan əhalisinin ümumi sərvəti hazırda 86 mlrd. dollar təşkil edir. Ölkədə 6,5 mln. nəfər yetkinlik yaşına çatmış şəxs olduğu və bu şəxsləri hər birinə 13.2 min sərvət düşdüyü bildirilir.
Credit Suisse ailələrin sərvətlərini maliyyə və qeyri-maliyyə sərvətlərinə bölür. Maliyyə sərvətlərinə vətəndaşların sahib olduğu pul, qiymətli daş-qaş və qiymətli kağızları aid edir. Qeyri-maliyyə aktivlərə mənzil, avtomobil, uzunmüddət istifadə oluna ev əşyaları daxil edilir.
Təşkilatın hesablamasına görə, Azərbaycanda 6.5 milyon nəfər yetkin vətəndaşın (16 yaşdan yuxarı) 65.1%-nin adambaşına sərvətinin dəyəri 10 min USD-ə qədərdir. 33.2%-i şəxsin sərvətinin dəyəri 10-100 min USD-ə intervalında dəyişir. 1.6% (təxminən yetkinlik yaşına çatmış əhalinin 100 min nəfəri) şəxsin sərvətlərinin dəyəri 100 min USD-dən yuxardır.
Qeyd edək ki, bir qədər əvvəl Azərbaycanın İqtisadi Təşəbbüslərə Yardım  İctimai Birliyinin ekspertləri müxtəlif mənbələr və dolayı qiymətlərndirmələr əsasında Azərbaycanda təkcə mənzil əmlakının real dəyərinin 35-40 milyrad dollar olduğunu açıqlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun