30 Noyabr 2016
Mətni dəyiş
Siyasi məhbus sayılan şəxslərlə bağlı 160 nəfərlik siyahının Avropa Parlamentinə təqdim edildiyi bildirilir.
Bu barədə “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev məlumat yayıb.
O.Gülalıyev bildirib ki, hazırda mühacirətdə olan hüquq müdafiəçisi Leyla Yunus noyabrın 28-də Avropa Parlamentində Azərbaycana həsr olunmuş dinləmələrdə çıxış edib.
“O, 160 nəfərlik siyahını Avropa Parlamentinə təqdim edib və deputatları onların azad edilməsindən ötrü fəal mübarizəyə səsləyib”.
Hazırda Azərbaycandakı hüquq müdafiə təşkilatlarının əlində siyasi məhbus sayılan şəxslərlə bağlı iki siyahı var.
Digər siyahıda isə siyasi məhbus sayı 144 göstərilir.
Azərbaycanın hökumət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar.