"Avropa İttifaqının əməkdaşlığa dair sazişin imzalanmasına mandat verməsini alqışlayırıq"

"Avropa İttifaqının əməkdaşlığa dair sazişin imzalanmasına mandat verməsini alqışlayırıq"
15 Noyabr 2016
Mətni dəyiş
"Avropa İttifaqının Azərbaycanla hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması və bu istiqamətdə danışıqların aparılması üçün mandat verməsini alqışlayır və təqdir edirik".
"Report"un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2015-ci ilin mayında Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa zirvə toplantısında iştirakı çərçivəsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb, Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş layihəsini ona təqdim edib və Azərbaycanın bu müstəvidə Avropa İttifaqı əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.
"Hesab edirik ki, yeni sazişin imzalanması Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq və töhfə verəcək" - H.Hacıyev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun