Asiya İnkişaf Bankının vitse-prezidenti Azərbaycana səfər edəcək

Asiya İnkişaf Bankının vitse-prezidenti Azərbaycana səfər edəcək
7 Noyabr 2016
Mətni dəyiş
Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Wencai Zhang-ın noyabrın 14-də Azərbaycana səfər edəcəyi gözlənilir.
Məlumata görə görə, vitse-prezidentin səfəri iki gün davam edəcək.
Səfər zamanı W.Zhang-ın Azərbaycan hökumətinin rəsmiləri ilə görüşü nəzərdə tutulur. Görüşlərdə Azərbaycan ilə ADB arasında əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi gözlənilir.
W.Zhang sonuncu dəfə Azərbaycana 2015-ci ilin mayında ADB-nin Direktorlar Şurasının Bakıda keçirilən 48-ci İllik Toplantısında iştirak etməkdən ötrü gəlmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun