Asiya İnkişaf bankının Azərbaycana nə qədər kredit ayırdığı açıqlanıb

Asiya İnkişaf bankının Azərbaycana nə qədər kredit ayırdığı açıqlanıb
15 Noyabr 2016
Mətni dəyiş
“Azərbaycana səfərim çərçivəsində hal-hazırda mövcud iqtisadi çağırışlar dövründə ölkəyə hansı şəkildə səmərəli dəstək verəcəyimizi müzakirə edəcəyik”.
Bu sözləri bu gün Bakıda keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) vitse-prezidenti Vençay Zanq deyib.
Onun sözlərinə görə, iki gün ərzində Azərbaycanın ADB-yə üzv olduğu gündən bəri aparılan əməkdaşlıq müzakirə olunub: “Azərbaycanın son iqtisadi durumu haqqında məlumat almaq üçün Bakıdayam. 17 il ərzində Asiya İnkişaf Bankı Azərbaycana təxminən 2,8 milyard dollar kredit ayırıb. Hal-hazırda isə hökumət rəsmiləri ilə 2017-2019-cu illəri əhatə edəcək fəaliyyət və əməkdaşlıq planlarını da müzakirə edirik”.
V. Zanq əlavə olaraq qeyd edib ki, səfər çərçivəsində struktur islahatlar, gələcək inkişaf, texniki yardım məsələləri də əsas müzakirə mövzusu olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun